Rusiya Dövlət Tibb Universitetinin iki tələbəsi Taron Mkrtçyan və Samvel Paxçanyan dərslərdəki müvəffəqiyyətsizlik səbəbilə ali məktəbdən kənarlaşdırılıblar. Bu barədə APA-ya Piroqov adına RDTU-nun rektoru Nikolay Volodin məlumat verib. Xatırladaq ki, Mkrtçyan, Paxçanyan və daha 6 erməni tələbə bu il yanvarın 23-də azərbaycanlı tələbə yoldaşları Əli Aslanlının döyülməsində iştirak ediblər.İnsidentin digər iştirakçıları canlarını şiddətli töhmətlə qurtarıblar və hələ də RDTU-nun tələbəsidirlər. Qeyd edək ki, erməni tələbələr artıq yerə yıxılmış Əli Aslanlını uzun müddət döyməyə davam ediblər. Gələcək həkimlər öz hərəkətlərini bütün Azərbaycanlıların ünvanına təhqirlərlə və azərbaycanlıların Rusiyadan qovulması çağırışları ilə müşayiət ediblər. Rektor N.Volodin Əli Aslanlının artıq Moskva şəhər 33 saylı Dövlət kliniki xəstəxanasını tərk etdiyini bil... Ardını oxu »