"Sərhədlər müvəqqəti açılsa belə, bu, Qarabağ danışıqlarında düşmən tərəfinə mənəvi güc verəcək"
Bu günlərdə Rusiya ilə Ermənistan arasında hərbi-strateji müqavilənin imzalanması gözlənilir. Bəs bundan sonra bölgədə proseslər hansı formada davam edə bilər? Həm də gələn ay NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin bir həftəlik açılması məsələsi gündəmdədir.
Bu mövzu ətrafında suallarımızı cavablandıran Azərbaycan-Belçika Dostluq Cəmiyyəti başqanı, fəal diasporçu ... Ardını oxu »
Trend-in və bir sıra Azərbaycan KİV-in Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin payızda Azərbaycana səfəri ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə müsahibəsi. - Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana qarşıdakı səfəri çərçivəsində hansı əsas məsələlər müzakirə olunacaq? Azərbaycan və Rusiyanın hərtərəfli əməkdaşlığının prioritetləri sırasına nələr daxildir?
- Biz Azərbaycana Cənubi Qafqazda, Xəzər regionunda mühüm strateji tərəfdaşımız kimi baxırıq, bizim münasibətlərimiz inkişaf edir, onlar hərtərəflidir və ənənəvi olaraq iki rəhbərin görüşlərində bu münasibətlərin bütün spektri müzakirə edilir. Mən bu dəfə də belə olacağına əminəm. Həmçinin, Rusiya ... Ardını oxu »
"Ermənistan kifayət qədər çətin vəziyyətdə olduğundan bu anlaşmaya imza atıb”.. Bu sözləri beynəxalq sülh naminə Karneqi Fondunun baş elmi əməkdaşı, Qarabağ münaqişəsinə həsr olunmuş "Qara bağ” kitabının müəllifi Tomas de Vaal "Svoboda” radiostansiyasına bu yaxınlarda imzalanan Ermənistan-Rusiya hərbi protokolunu şərh edərkən deyib. Tomas de Vaalın sözlərinə görə, Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına böyük ümidlər bəsləmişdi, bu işə o böyük siyasi kapital yatırmışdı, lakin prosess məlum olduğu kimi öz həllini tapa bilmədi.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Karneqi Fondunun baş elmi əməkdaşı bu münaqişənin dalana dirəndiyini deyib: " Bununla bağlı Azərbaycan səs-küy salır. Məhz buna görə də Rusiya imkandan istifadə etdi və Ermənistana bu təklifi irəli sürdü. Pulu olmayan, iqtisadiyyatı gərgin vəzi... Ardını oxu »
Təxminən 10 gün öncə Türkiyədə olarkən bir çox elm adamları, ziyalılar, siyasətçilər və ictimai xadimlərlə görüşdüm. Xüsusilə, Türkiyə və Orta Şərqdə ciddi geosiyasi araşdırmaları ilə tanınmış "XXI əsr Türkiyə İnstitutu"ndakı ("21-ci Yüzyıl Türkiye Enstitüsü") görüşlərim və oranın mütəxəssislərindən götürdüyüm müsahibələrin Azərbaycan ictimaiyyəti üçün də maraqlı olacağını nəzərə alaraq, onları dərc etmək qərarına gəldim.
Məlumat üçün bildirək ki, "XXI əsr Türkiyə İnstitutu" Türkiyənin tanınmış strateji araşdırma qurumlarından biridir. Bu qurum Türkiyənin daxili və xarici siyasəti, regional siyasət, beynəlxalq münasibətlər, milli təhlükəsizlik məsələləri sahəsinde strateji analiz və hesabatları ilə tanınır. Müsahibimiz qurumun İran və Yaxın Şərq Mərkəzinin rəhbəri Arif Keskindir.
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun APA-ya müsahibəsi. - Rusiya və Ermənistan arasında 102-ci hərbi bazanın icarə müqaviləsinin müddətinin uzadılması və Ermənistanın hərbi-texniki təminatına dair imzalanmış protokola münasibətinizi bilmək istərdik. Bu sənəd Azərbaycan üçün hansı təhdidləri doğurur?
Bildiyiniz kimi, sentyabrın 12-də qardaş ölkənin konstitusiyasında müəyyən dəyişikliklərlə bağlı referendum keçiriləcək. Ədalət və İnkişaf Partiyası (AKP) referendumda hər vəchlə "hə", müxalifətdə olan Milliyyətçi Hərəkat və Cumhuriyyət Xalq partiyaları isə "yox" deyilməsi yönündə təbliğat aparırlar. Bu referendumun bizlərə birbaşa və dolayısı ilə hər hansı bir dəxli olmadığından daha çox siyasi partiyaların rəsmiləri ilə Azərbaycan - Türkiyə münasibətlərini müzakirə etmək qərarına gəldik. Amma partiyaların rəsmi şəxslərinin ölkənin dörd bir yanına səpələnib mitinq və təbliğat işlərində cəlb olunması səbəbindən kimisə tapmaq mümkün olmurdu. Amma yenə də hər birimizin yaxından tanıdığı, Azərbaycanın da yaxın dostu - Milliyyətçi Hərəkat Partiyasından (MHP) millət vəkili Atilla Kaya ilə görüşə bildik. Atil... Ardını oxu »
Yusuf Suiçməz: "Müsəlmanların yaşadığı məhəllələrdə kilsə tikənlər ölkədə dini toqquşmalara zəmin yaradırlar"
ŞKTC Din İşləri Komitəsinin sədri Yusuf Suiçməzin "Həftə içi"nə eksklüziv müsahibəsi "Problemləri aradan qaldırmaq üçün lazımi sayda yetişmiş din xadimimiz yoxdur"
Bu yaxınlarda məlumat yayıldı ki, qısa vaxt ərzində Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 300 ailə gözlənilmədən xristianlığı qəbul edib. Əlbəttə, 300 ailənin islamdan üz döndərməsinin cəmi 200 min nəfər əhalisi olan bu balaca dövlət üçün böyük mahiyyəti... Ardını oxu »
"Regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur”. "Media forum” saytının məlumatına görə, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığa dair yeni razılaşmaya münasibətini "Yap.org.az” saytına bildirərkən belə deyib.
O xatırladıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda əsas vasitəçilərdən biridir. Mübariz Qurbanlının fikrincə, Ermənistanla yeni hərbi sənəd imzalaması Rusiyanın bu vasitəçilikdə rolunu müəyyən mənada bitərəf yox, tərəf kimi göstərir: "Rusiyanın Ermənistanın tərəfində olduğu faktiki olaraq açıq şəkildə ortaya çıxır. Regional təhlükəsizlik baxımından Ermənistanın silahlandırılması olduqca qorxuludur. D... Ardını oxu »
"Son 20 ildə Ermənistanın təcavüz siyasəti Azərbaycana böyük təhlükə yaradıb və bu proses davam edir. Belə bir vəziyyətdə Rusiyanın Ermənistanda olan hərbi bazasını gücləndirməsi təhlükəlidir. Çünki Azərbaycan və Ermənistan müharibənin başa çatmasına dair hər hansı sazişə imza atmayıblar. İstənilən an atəşkəs rejimi pozula və müharibə başlaya bilər. Ona görə də Rusiyanın Ermənistanla müttəfiqliyi bizi narahat etməyə bilməz”. Rusiyada mühacirətdə yaşayan Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov avqustun 20-də Rusiya və Ermənistan arasında hərbi sahədə imzalanan sənədə münasibətini "Media forum” saytına bildirərkən belə deyib.
Avqustun 20-də Ermənistan və Rusiya müdafiə nazirləri Yerevanda 16 mart 1995-ci il tarixli razılaşmaya dair protokol imzalayıblar. Rusiya prezidenti Dmitri... Ardını oxu »