3. Xay, xayçı, komıs... - 8 Февраля 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Şənbə, 20.03.2010, 21:34
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [5]
Qarabag [7]
Mədəniyyət [23]
Siyasət [385]
Kriminal [1]
Diaspora [50]
Müsahibələr [210]
İdealogiya [23]
Tarix [234]
Güney Azərbaycan [62]
» Axtarış
» Təqvim
«  Fevral 2010  »
B-eÇərÇ.aCümC.aŞənBaz
1234567
891011121314
15161718192021
22232425262728
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Fevral » 8 » 3. Xay, xayçı, komıs...
3. Xay, xayçı, komıs...
18:01
Əli Həsənov araşdırmaçı
Xay (Hay)-xakaslar boğazın dərinliyindən ,udlaqda formalaşıb gələn səsə belə deyirlər. Xaycı, bu səslə oxuyan şəxsə deyirlər. Xay səslə oxumaq və ya xaycı olmaq xüsusi istedad və qabliyyət tələb edir. Xaycı fenomenal yaddaşa sahib olmalıdır; o, həm minlərlə misradan ibarət olan dastanı obrazlaşdırmaqla, emosiyalarla əzbərdən söyləməli, həm də udlaq-boğaz səslə ahəngdar ritmdə oxumalıdır. Bundan başqa xaycı bizim aşıqlar kimi Çatxan adlı kiçik simli musiqi alətilə özü-özünü oxuyarkən müşayət etməlidir. Amma sazın forması və həcmi ilə çatxan müqayisə olunmaz, çatxan çox kiçikdir. Qədimdə xakaslar qəhrəmanlıq dastanlarını ifa edərkən xomısdan istifadə etmişdilər. Xomıs da çatxan kimi kiçik iki simli musiqi alətidir. Xomıs –bu musiqi aləti Azərbaycanda Qopuz Qax-Balakən reqionunda yerli şivədə isə ona Dombra da deyirlər.Xomıs və Qopuz ad ümumiliyində birləşsələrdə, hər ikisi simli musiqi aləti olsa da, şəkili və formasına görə ciddi fərqlənir; Qopuz qismən saza, uda bənzədiyi halda, Xomıs sazın, tarın və ya udun qolundan ayrılmış- 30-35 sm-lik bir parçaya bənzəyir. Xakaslar belə bir musiqi alətinin ritmik sədaları altında bahadırlıq dastanlarını ifa edirlər. Xakaslar belə dastan ifaçısına qəhrəmanlıq mövzusunda dastan hayladıqlarına-söylədiklərinə görə "xaycı-nımaxçı” deyirlər.Azərbaycanda aşıqlar dastan ifa edərkən nəğməni, musiqini və rəqsi birlikdə ifa edir, artıq təkmilləşmiş bir sinkretik sənət nümunəsi yaradırlar, ancaq xakas xayçı-nımaxçıları dastan ifa edərkən rəqs etmir.Ciddi müşahidə etdikdə, paralellər və təhlilləri vizual şəkildə apardıqda belə xayçılıq və aşıqlıq sənətinin eyni kökdən-Şaman mədəniyyətindən gəldiyi açıq-aşkar görünür. Bu sıraya muğamı da aid etmək olar. Maraqlıdır ki, xakas xayçı-nımaxçıları çatxanla və ya komısla qəhrəmanlıq dastanlarını ifa edərkən, əsasən "Şur” muğamının ladı üzərində oxuyurlar. Xayçı-nımaxçıların oxuyarkən səs çalarları və improvizasiya üsullarını əks edən not yazısında şur ladı qeyd olunmuşdur. Bu sadə faktın özü belə bir zamanlar Azərbaycana muğamın farsdan, ərəbdən, hinddən gəldiyini iddia edən kosmopolitlərin əsassız olduqlarını, səhv etdiklərini sübut edir. Demək muğamın da ortaq Xayçılıq, Baxşılıq, Aşıqlıq, Ozanlıq kökü- birbaşa ümumən Şaman mədəniyyətinə bağlanır.Sonralar bu sənət növləri dəyişik adlar və şəkillərdə şaman kökündən üzvlənib ayrılmış, müstəqil inkişaf yolu tapmışdır. Xaycı-nımaxçılar, bizim aşıqlar kimi əhali arasında böyük hörmətə malikdir.Bizim aşıqlar, əsasən toylarda el şənliklərində, məclislərdə oxuyur, dastan söyləyilər. Xakaslarda isə bu məsələ bir az fərqli olur.Xayçı-nımaxçıları dinləmək üçün xüsusi gecələr təşkil edilir, xayçı səhərə qədər xay söyləyir-qəhrəmanlıq nəğmələri oxuyur, ora toplanan xay həvəskarları isə onları böyük zövqlə dinləyir. Dastanı söyləməyin bir başqa forması-onu çatxansız və ya xomıssız söyləməkdir.Bunu adətən qadın xaycı-nımaxçılar edir. Dastanın bu qaydada söylənməsinə-çazaq ( piyada ) deyirlər-yəni musiqinin müşayəti olmadan sadə ifa edilir. Xakas epik nəğmə- dastan söyləyiciliyi-xayçılığ sənət növü kimi tarixini nə zamandan başladığı məlum deyil. Nəsildən-nəsilə ötürülən bu sənətin kökünün hər halda Şamanizmdən gəlməsi şübhəsizdir. Məlum olan konkret tarix isə budur ki ;XIX əsrin II yarısı-XX əsrin I rübündə Qızıl tayfasından çıxmış məşhur xayçı-nımaxçı Qara Matpıy Balaxçin "Altın Arığ”qəhrəmanlıq eposunu gözəl ifa etmiş, xalq arasında geniş hörmət qazanmışmış. Ondan bir az sonra yenə Qızıl tayfasından çıxmış Nestü adlı bir xayçı-nımaxçı "Altın Arığ”ın gözəl ifaçısı olmuşdur. Hər iki ifaçı-sənətkar yaxın zamanlarda yaşasalar da onların mühütü haqqında geniş tarixi bilgi əldə etmək mümkün olmamışdır. Bununla belə XX əsrin ortalarında və II yarısında Qızıl qəbiləsi içərisindən bahadırlıq dastanının istedadlı xayçıları çıxmış, nəhayət bu dastanın yazıya alınmasında tarixi xidmət göstərmişlər. Qızıl qəbiləsinin xayçıları sırasında Xara Çakım Abdorin, Slo Kadışev, Yeqor Kondeev, Petıx İtemenev və P.V.Sulekovun adları xüsusilə qeyd olunmalıdır. Bunlardan iki sonuncusu- Petıx İtemenev və P.V.Sulekov öz repertuarlarında dastanın adını "İçen,Piçen-iki bacı”olaraq qeyd edirdilər. Əslində İçen,Piçen bacıları "Altın Arığ ”dastanının obrazlarından yalnız ikisidir.
 
4.Yazıya alınması və nəşri haqqında
 
 
"Altın Arığ” qəhrəmanlıq eposu nəhayət sovet dövründə iki görkəmli xayçı-nımaxçıdan yazıya alınmışdır. İlk dəfə bu dastanı 1955-ci ildə T.Q.Taçeeva o zamanın məşhur xayçı-nımaxçısı Semen Prokopeviç Kadışevdən (1885-1977) -onun söyləyişindən yazıya almışdır. Yazıya alınmış bu variant onun özü tərəfindən əlavələrlə təkmilləşdirilmiş və 1958-ci ildə Abakanda "Altın Arığ. Alıptıx nımaxtar.” adı altında xakasca çap olunmuşdur. Sonralar bu variant folklorşünaslıqda "Kadışev variantı” adı ilə tanınacaqdır. Poemanın ikinci variantı B.E.Maynoqaşeva tərəfindən digər görkəmli xayçı-nımaxçı Petr Vasileviç Kurbijekovdan (1910-1966) 1964-cü ildə yazıya alınmışdır. Kurbijekov variantı, Kadışev variantı ilə müqayisədə həcmcə ikiqat çoxdur- 10341 misradan ibarətdir. Kurbijekov variantındakı misralar döyüş səhnələrinin, etnoqrafik səhnələrin, at çaparkən dağlar, çöllər, ormanlar, göllər və çayların mənzərəsinin, ayrı-ayrı mifoloji motivlərin, obrazların xarakterik xüsusiyyətlərinin geniş təsviri hesabına zənginləşmiş və çoxalmışdır. Bununla yanaşı ədəbi-bədii kompozisiyanın, süjet xəttinin, ayrı-ayrı epik səhnələrin, təbiət ricətlərinin bədii-məntiqi rabitəsi, çox nəzakətli və şirin dialoqun, poetik məcazların, şairanə dilin, bədii məqamlarla yüksək poetik sənətkarlıqla uzlaşması, adekvat epizodların emosional-məntiqi bağlantıda təqdim olunması əsərin ədəbi-bədii məziyyətlərini, siqlətini artırmış, qəhrəmanlıq eposuna bəşəri məzmun və mündəricə dəyəri qazandırmışdır. Sonralar toplayıcı folklorşünas-alim B.E.Maynoqaşeva "Kurbijekov variantını”(10341) ruscaya filioloji tərcümə etmiş, " Altın Arığ. Xakas çonnınq alıptığ nımağı” ("Altın Arığ.Xakas xalqının qəhrəmanlıq dastanı”) adı ilə orjinal mətni, rusca filoloji tərcümə mətnini, kommentariyalar, "Хакасский героический епос «Алтын Арыг»” adlı geniş məqaləsi, kadışev variantı ilə kurbijekov variantının müqayisəli epizodların illüstrasiyası və A.K.Stoyanovun «Искусство хакасских хайджи» ("Xakaslarda xayçı sənəti”) adlı məqalə- si ilə birlikdə 1988-ci ildə Moskvada "Восточная литература” ("Şərq ədəbiyyatı”) nəşriyyatında (519 səh.) çap etdirmişdir.Yeri gəlmişkən xatırladım ki, məhz kurbijekov variantı B.E.Maynoqaşevanın təqdimatında AMEA Folklor İnstitutunda "Türk Xalqları Folkloru”şöbəsində bu sətirlərin müəllifi tərəfindən Azərbaycan dilinə xakascadan tərcümə edilmiş, 4000 min misralıq bir hissəsi, ilk dəfə-2009-cu ildə dərc olunmaq üçün "Dədə Qorqud” dərgisinə verilmişdir.Belə ki, kurbijekov variantı bu vaxta qədər ruscadan başqa heç bir dilə tərcümə olunmamışdı.Onu da qeyd etmək vacibdir ki, Xakas qəhrəmanlıq eposunun Azərbaycan dilinə tərcümə edilməsini "Türk Xalqları Folkloru” şöbəsinin müdiri, f.e.n. Əfzələddin Əsgər və Folklor İnstitutunun direktoru f.e.d. professor Hüseyn İsmayılov təklif etmiş, Elmi Şuranın qərarı ilə Akademiyanın iş planına daxil edilmişdir. Xakas türklərinə aid olan bu eposun Kadışev variantı isə qeyd etdiyimiz kimi T.Q.Taçeeva tərəfindən 1955-ciildə yazıya alınmış və 1958-ci ildə Ağban (Abakan) şəhərində çap edilmiş, əlavələr və təkmilləşdirilmiş şəkildə isə təkrarən 5181 misradan ibarət olaraq, 1987-ci ildə paytaxt Ağban (Abakan) da nəşr edilmişdir.Kadışev variantı da ilk dəfə xakascadan xarici dilə- Türkiyə Türkcəsinə Qazi Universitetinin professoru, filalogiya doktoru Fatma xanım Özkan tərəfindən tərcümə edilmiş, orjinal mətnlə birlikdə, geniş məqaləsi, dastan mətninin lüğəti, Hoca Ahmet Yasevi Uluslararsı Türk-Kazak Universitesi Mütevelli Heyeti Başkanı Namık Kemal Zeybekin "Təqdim” məqaləsi ilə "bilgi”Yayınları tərəfindən 1997-ci ildə Ankarada nəşr edilmişdir. "Altın Arığ. Алтын Арыг.” adı ilə çap edilən dastan onu hazırlayan Fatma xanım Özkan tərəfindən "Giriş” və 3 (üç) bölümə ayrılmışdır. "Giriş”-də "Hakas Türklərinin tarixi”, I bölümdə Hakas Dastanlarının Təşəkkül dövrü və Dastanlardaki tarixi mərhələlər, Hakas Dastan Anlatıcıları, Altın-Arığ Dastanının motivləri, II bölümdə Altın-Arığ Dastanının özeti, Hakas Türkcəsinin səs özəllikləri, III bölümdə isə tərcümə edilmiş Mətn, Sözlük, Altın Arığ Dastanının Kiril hərfli mətni yer almışdır. Beləliklə, kadışev variantı (5181 misra) Türkiyə türkcəsinə, kurbijekov variantı isə (10341 misra) Azərbaycan türkcəsinə çevrilmişdir. ”Hakas dastanlarının təşəkkül dövrü və dastanlardakı tarixi təbəqələr” məqaləsində Fatma Özkan dastanın təşəkkül dövrü ilə əlaqədar olaraq qeyd edir ki, "Hakas dastanları ilə əski runik hərfli Göy Türk və Yenisey yazıları, dil,üslup və ideal baxımından paralellik ərz etməkdədir. Bu səbəbdən Hakas qəhrəmanlıq dastanlarının təşəkkül tarixini Göy Türk çağın öncəsinə gedib çıxar.” Fatma Özkan xakas qəhrəmanlıq dastanlarının başqa mötəbər tədqiqatçısı M.A.Ungvitskayaya istinad edərək, təşəkkül tarixini "Taqar-Taştık dönəminə qədər ”götürməyin mümkün olduğunu həmən məqaləsində qeyd etmişdir.
Kateqoriya: Tarix | Baxılanlar: 63 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 227
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz