Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə axşamı, 03.09.2010, 19:27
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [707]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [425]
İdealogiya [32]
Tarix [417]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
«  Noyabr 2009  »
B-eÇərÇ.aCümC.aŞənBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2009 » Noyabr » 5 » ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ NƏ BAŞ VERİR?
ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ NƏ BAŞ VERİR?
17:33
Elxan Şahinoğlu
Atlas Araşdırmalar Mərkəzinin başqanı

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisi fəaliyyətini dayandırır, Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) ölkəmizdəki təmsilçiliyi getmək haqqında düşünür, Konqresin maliyyələşdirdiyi "Azadlıq” radiosunun fəaliyyət imkanları getdikcə məhdudlaşır və bütün bunların fonunda Vaşinqton Azərbaycana aylardır səfir təyin etməyə tələsmir.
ABŞ-Azərbaycan münasibətlərində nə baş verir?
ABŞ-ın ölkəmizdəki qurumlarının fəaliyyətlərinin dayandırılması maliyyə problemləriylə izah olunur, yəni sanki bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Ancaq məsələnin dərinliyinə varsaq, dayanmada siyasi izlər də tapmaq mümkündür. ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən mərkəzləri son illər onsuz da suyu üfürə-üfürə içirdilər. Elə həmin Respublikaçılar İnstitutunun son illərdə hansısa dəyərli proqram həyata keçirdiyini xatırlamaq mümkün deyil. Vaxtilə fəaliyyətiylə göz oxşayan, partiyalarla sıx əməkdaşlıq edən, treninqlərə ara verməyən Milli Demokratiya İnstitutunun da geniş fəaliyyətindən danışmaq çətindir. Sanki Vaşinqtonda kimlərsə bu mərkəzlərə fəaliyyətlərində ehtiyatlı olmağı, hakimiyyətlə problem yarada biləcək çalışmalardan çəkinməyi tövsiyə edib. Maraqlıdır ki, ABŞ-ın institut və fondları Bakıda fəaliyyətlərini dayandıracaqları haqqında ard-arda açıqlama verərkən eyni qurumlar Tiflis və İrəvandakı çalışmalarını davam etdirirlər.
"Azadlıq” radiosunu əvvəlcə FM dalğasından məhrum etdilər, indi də "TürkSat” vasitəsilə də yayımı dayandırılıb. Vaşinqtondakı dairələr məsələyə bir əncam çəkə bilmirlər və ya çəkmək istəmirlər. Azərbaycanın hakimiyyət mənsubları bir ara Vaşinqtonun nəbzini yoxlamaq məqsədilə "danışıqların nəticəsini gözləyirik” kimi ehtiyatlı ifadələr işlədirdilərsə, indi qətiyyətli şəkildə "Azadlıq radiosunun FM dalğasına qaytarılması mümkün deyil” ifadəsinə üstünlük verdilər. İndi FM bir yana qalsın, "Azadlıq” radiosunun digər imkanları da getdikcə məhdudlaşdırılır. ABŞ-dan isə səs çıxmır.
ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Tina Kaydanau oktyabrın sonlarında Bakıya səfəri zamanı prezident və digər rəsmilərlə görüşdən öncə maraqlı bir fikir söyləmişdi: "Çalışacam ki, onlara Azərbaycanın bizim üçün strateji vacib bir ölkə olduğunu və münasibətlərimizi yüksək qiymətləndirdiyimizi bir daha çatdırım. Biz bu münasibətləri gələcəkdə daha da inkişaf etdirməyə ümid edirik”.
Ümid öz yerində, ancaq Tina Kaydanaunun gedişindən 10 gün sonra ABŞ-ın Azərbaycandakı mərkəzlərinin fəaliyyətlərinin dayandırılması qərarları çıxıb, bölgədə yaşanan sürətli proseslərə rəğmən ABŞ-ın Azərbaycana təyin edəcəyi səfirin kimliyi və nə vaxt Bakıya gələcəyi də bəlli deyil.
Hazırda xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtonda səfərdədir. O da ikitərəfli münasibətləri, regional əməkdaşlıq məsələlərini müzakirə edir. Yəni əslində qarşılıqlı səfərlərdə axsama yoxdur, ancaq bunun ikitərəfli münasibətlərin keyfiyyətinə təsiri azdır. ABŞ-la Azərbaycanın siyasətlərinin bağlılığı getdikcə azalır. Vaşinqton Türkiyə-Ermənistan sərhədinin açılmasını vacib sayır, rəsmi Bakı isə bunun əleyhinə çıxır, Vaşinqton "Nabukko” layihəsində artıq Azərbaycansız da keçinə biləcəyini düşünür, Türkiyə-İran qaz anlaşmasıma ümidlə baxır, rəsmi Bakı isə Ankara-Tehran yaxınlaşmasını narahatlıqla izləyir, Rusiyayla qaz anlaşması imzalayır və s.
Buna baxmayaraq rəsmi Bakı Vaşinqtonun bir başqa siyasətindən razı qala bilər. Vaşinqton demokratiya və insan haqları məsələsində israrlı görünmür. Doğrudur, ABŞ-ın vitse-prezidenti Cozef Bayden Rumıniyadakı çıxışı zamanı demokratiya sahəsində Azərbaycan kimi ölkələrə də yardım edilməsi mesajını yolladı. Ancaq bizim üçün önəmli olan birinci şəxsin, prezident Barak Obamanın mövqeyidir. Onun BMT-dəki son çıxışı isə demokratiya və insan haqları sahəsində ABŞ-a arxalanmanın mümkünsüzlüyünü ortaya qoyur. Obamanın həmin çıxışındaki fikirləri bir daha xatırlayaq: "Keşmişdə ABŞ demokratiyanın təbliğatında fərqli seçimlərə yol verib. Ancaq demokratiya hər hansı ölkəyə xaricdən gətirilə bilməz. Hər bir ölkə öz yolunu tapmalıdır, çünki hamı üçün universal yol yoxdur. Bu yol adətən həmin ölkədə yaşayan xalqın dərin mədəniyyət köklərinə bağlı olur”.
Azərbaycan da öz yoluyla gedir...
Kateqoriya: Siyasət | Baxılanlar: 267 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 313
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 0
Qonaqlar: 0
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz