Danimarka parlamentinin deputatı Hüseyin Arac “Gərək, Ermənistan siyasətçiləridə bölgədə gedən proseslərdən dərs almalıdırlar” - 20 Сентября 2009 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə axşamı, 03.09.2010, 19:28
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [707]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [425]
İdealogiya [32]
Tarix [417]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
«  Sentyabr 2009  »
B-eÇərÇ.aCümC.aŞənBaz
 123456
78910111213
14151617181920
21222324252627
282930
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2009 » Sentyabr » 20 » Danimarka parlamentinin deputatı Hüseyin Arac “Gərək, Ermənistan siyasətçiləridə bölgədə gedən proseslərdən dərs almalıdırlar”
Danimarka parlamentinin deputatı Hüseyin Arac “Gərək, Ermənistan siyasətçiləridə bölgədə gedən proseslərdən dərs almalıdırlar”
09:32

Bu günlərdə Bakıda «Yeni geosiyasi reallıqlar prizmasından Xəzər dənizi regionunda təhlükəsizlik və stabillik» mövzüsunda beynelxalq-elmi konfrans keçirildi. Bu konfransda Avropadan dünyanın başqa yerlərindən qonaqlarda iştirak edirdilər. Konfransda iştirak edənlər arasında Danimarka parlamentindən olan türk əsilli millət vəkili, Avropa Parlamentinə namizəd olan Hüseyin Aracda iştirak edirdi.  Danimarka kimi bir dövlətdə türk insanın millət vəkili seçilməsi qürur duyucu bir hadisədir. Hüseyin bəyin boş vaxtının olmasında istifadə edərək, bizi maraqlandıran suallarımızın olduğunu Hüseyin bəyə dedikdə, o bizə məmuniyyətlə cavablandırmağa hazır olduğunu bildirdi. Onu deyək ki, Hüseyin bəyin vaxtı az idi və ünvanladığımız sualları imkanı daxilində cavablandırdı. Beləliklə, Hüseyin bəyin Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzinə verdiyi müsahibəsini təqdim edirik.

 

Hüseyin bəy xöş gördük sizi Azərbaycanda! Bu sizin Bakıya ilk səfərinizdir?

 

Xöş günləriniz olsun! Bəli, bura mənim ilk səfərimdir. Qardaş Azərbaycanda olmağımız bizi sevindirir. Avropa da yaşamağıma baxmayaraq Azərbaycan haqqında təsəvvürlərim var idi. Bilirdik ki, Xəzər dənizi sahilində yerləşir və Sovetlər Birliyinin təsiri altında olub. Zəngin nefti var. Bu gün qürurla demək olar ki, Azərbaycan müstəqilliyini eldə edib və inamla öz yolunu davam etdirməkdədir. Cox təəssüflə qeyd etməliyəm ki, Danimarkada Azərbaycanı o qədərdə yaxşı tanımırlar və düşünürəm ki, bundan sonra bu yöndə işləri artırmaq lazımdır. Mən Danimarkaya qayıdan kimi, danimarka dilində Azərbaycan haqqında məqalə yazıb, ölkənin tanınmiş media orqanlarıda çap etdirəcəm. Bizim ayda bir dəfə “Demokrat” adlı türk dilində qəzetimiz çıxır və həftədə bir saatlıq türkcə radiomuz yayımlanır. Bundan sonra Azərbaycan haqqında təbliğatı güçləndirəcəyik.

 

Azərbaycanı neçə gördünüz?

 

Azərbaycan mədəni, demokratik və dünyəvi dəyərlər sistemində yaşayan bir cəmiyyətdir. Az bir müddət də bizim müşahidələrimizdə bunu göstərdi. Xüsusi ilə insanlarınızın qonaqpərvərliyi bu gözəlliklərə əlavə rəng verir. Sizin ölkənin zəngin maddi-mənəvi resusrları var. Hiss olunur ki, avropa dəyərlərinə və demokratik müasirlik  ideyalarına meyllilik güclüdür. Avropa dövlətləri Azərbaycanın strateji baxımından önəmliyini bilirlər və bu gün ki, konfransda buna həsr olumuşdur. Bölgəniz dünyanın diqqət mərkəzində olan bir məkandır və geopolitik baxımında  da Azərbaycana maraq böyükdür. Təbii ki, sizin ölkə təzə azadlığını eldə edib və Rusiya asılılığından  yaxın tarixdə çıxıb, zamanlada  Rusiyanın təsiri də azalacaqdır. Bu gün hələdə Avropada Azərbaycanda müharibənin getdiyini bilən insanlar var və buraya gəlməyə qorxurlar. Bunun üçün güclü informasiya mərkəzi yaratmaq lazımdır ki, Azərbaycan haqqında məlumatlar olduğu kimi çatdırılsın. Sizin ölkənin güclü potensialı var və bu ölkəyə çox xeyr gətirə bilər.

 

Cənab deputat bildiyiniz kimi, Türkiyə-Ermənistan arasında “Sərhəd Açılımı” deyilən danışıqlar gedir və bu məsələ ilə bağlı sizin baxışlarınızı bilmək maraqlı olardı?

 

İlk öncə mən onu deyim ki, mən Danimarka dövlətini təmsil edirəm və amma bir türk olaraq baxışlarımı deyə bilərəm. Türkiyənin qonşuları ilə yaxşı münasibət qurması lazımdır və bu siyasətin aparılması Cənubi Qafqaz bölgəsində barışın-əmin amanlığın yaranmasına xidmət edir. Amma, Türkiyə-Ermənistan məsələsinə gəldikdə burada fərqli mənzərə ortaya çıxır və qardaş Azərbaycan xalqının haqqını gözləmədən addım atmaq yanlışlıq olardı. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və bir milyondan cox insan qaçqın həyatı yaşayır. Türkiyə Azərbaycanın iyirmi faiz torpaqları azad edilməmiş işğalçı Ermənistanla sərhədləri açsa, bu addım iki qardaş arasında soyuqluğa gətirib çıxarda bilər. Protokolları incələdikdə də, Azərbaycanla bağlı məsələnin yer almaması bizi narahat edir və inanırıq ki, Tükiyə hakimiyyəti də bunu nəzərə alacaqdır. Gərək, Ermənistan siyasətçiləridə bölgədə gedən proseslərdən dərs almalıdırlar. Qonşulara nifrət etməklə yaşamaq olmaz. Onlarla barış içində yaşamalısan və bunun üçün birinci vacib şərt  qonşunun torpağına göz dikməməlisən.

 

Bu gün neçə Danimarka insanı  Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu bilirmi?

 

Mən bunu təəssüflə deməliyəm ki, Dağlıq Qarabağla bağlı informasiya Danimarkada yetərincə deyil. Bunu təəssüflə qeyd edirəm. Bu haqda geniş məlumatlara malik deyillər.

 

Sizcə hansı işlər görülməlidir ki, Dağlıq Qarabağ haqqında bilgələr yaransın?

 

Mütləq Danimarka cəmiyyəti ilə işləmək lazımdır. Burada diasporanın üzərinə böyük yük düşür.

 

Sizin üzvü olduğunuz Sosial-Demokrat partiyasında bu məsələ müzakirə olunubmu?

 

Bu məsələ bizim partiyada müzakirə olunmayıb və yenə də onu deməliyəm ki,informasiyanı gücləndirmək lazımdır. Hər bir şeyin kökündə təbliğat dayanır.

 

Danimarkada Azərbayan diasporasının fəaliyyəti hiss olunurmu?

 

Danimarkada yaşayan Azərbaycanlıların sayı azdır və amma, fəaliyyətləri hiss olunur. Mənim yaşadığım şəhərdə Azərbaycanlılar cox fəaldırlar. Onlar artıq biznez sahəsində uğurlar əldə edirlər və cəmiyyətlərini qururlar, təşkilatlanırlar. Danimarkada fəaliyyət göstərən Azərbaycan diasporasının perspektivlərini işıqlı görürəm. Onuda deyim ki, türk diasporasıda  bir necə ildir ki, güclənir, insanlar Danimarka cəmiyyətinə inteqrasiya edirlər və son vaxtlar  türk-azərbaycan diasporası birgə addımlar atırlar və bununda nəticə verəcəyi mütləqdir.

 

Hüseyin bəy sonda sizə İran adlanan məmləkətdə yaşayan 30 milyondan cox Azərbaycan türkünün yaşadığı və əzablara məruz qaldığı haqqında sual vermək istərdim.  Danimarka dövləti bu məsələ diqqət edən dövlətlərdən biridi. Sizcə, nə vaxtsa  İran dövləti insan hüquqlarına qorunmasına əməl edəcəkmi?

 

Danimarka dövləti həmişə insan hüquqlarının qorunmasına önəm verən dövlətlərdən biridir və bundan sonrada belə olacaqdır. Təbii ki, İran İslam Respublikasında Azərbaycanlıların yaşadığını bilirəm və bizim fikrimizcə orada yaşayan bütün azlıqlar olduğu kimi coxluq təşkil edən Azərbaycan türklərinində hüquqları qorunmalıdır. Bu, İran konstitusiyasında öz əksini tapıb. Çünki, İranda türklər bir gücdürlər və İran hakimiyyətini bunu görməlidir. Onuda deyim ki, İnsan hüquqlarının sərhədi olmur və Azərbaycan türklərinin dilinin fəaliyyətinə imkan yaradılmalıdır. Harada insan hüquqları pozulursa buna münasibət bildirilməlidir. Çünki, insan hüquqları bəşəri bir anlayışdır. Nəzərə almaq lazımdır ki, dünya qloballaşır və azadlıq ideyaları sərhədləri aşa-aşa gəlir.

 

Söhbətləşdi: Elnur Eltürk

 

P.S Danimarkada yaşayan, fəal vətənpərvər dostlarımdan olan Güney Azərbaycan İnsan Hüquqları Komitəsinin məsulu Şahin Ostaljoo (Ustaclıya) məni hörmətli Hüseyin bəylə tanış etdiyinə görə öz təşəkkürümü bildirirəm.

 

Kateqoriya: Müsahibələr | Baxılanlar: 948 | Əlavə edən: admin | Reytinq: 5.0/1 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 313
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz