İran dövlətinin viza siyasəti və Tehran iran dilli ölkələrə əlaqələrini gücləndirir. - 8 Февраля 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə axşamı, 12.03.2010, 02:55
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [5]
Qarabag [7]
Mədəniyyət [21]
Siyasət [365]
Kriminal [1]
Diaspora [42]
Müsahibələr [193]
İdealogiya [21]
Tarix [221]
Güney Azərbaycan [59]
» Axtarış
» Təqvim
«  Fevral 2010  »
B-eÇərÇ.aCümC.aŞənBaz
1234567
891011121314
15161718192021
22232425262728
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Fevral » 8 » İran dövlətinin viza siyasəti və Tehran iran dilli ölkələrə əlaqələrini gücləndirir.
İran dövlətinin viza siyasəti və Tehran iran dilli ölkələrə əlaqələrini gücləndirir.
17:56
Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi
- İran İslam Respublikası fevral ayının 1- dən etibarən Azərbaycan vətəndaşlarının İrana gediş-gəliş üçün nəzərdə tutulan viza rejiminin ləğvinin qüvvəyə mindiyini elan edib. Bundan sonra, Azərbaycan vətəndaşları İrana vizasız səfər edə biləcəklər. Təkcə, jurnalistlərdən başqa.
 
- İranın bu addımını Azərbaycanda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin məsulu belə əsaslandırıb ki, jurnalistlər İrana gedib-gələndən sonra nə gəldi yazırlar, həqiqətə uyğun olmayan fikirlərlə cəmiyyəti çaşdırırlar. Təsadüfi deyil ki, İranda son vaxtlar cərəyan edən siyasi proseslərin gərginləşməsini İranın kəşfiyyat naziri əsas günahı xarici medianın üzərinə yıxdı. İndidə, İran Quzeydən gələn jurnalistlərin Guneydə baş verən hadisələri quzey mediasında işıqlandıracağıdan narahatdır. Hər vəclə, media işçilərinin guneylə irtibatını qarşısını müəyyən brokratik əngəllərlə qarşısını almaq istəyir.
 
- Digər, yandan rejim yaxşı bilir ki, media işçiləri – adı vətəndaşlardan fərqli olaraq orada gedən siyasi-ideoloji prosesləri yaxşı bilirlər və buda onların guney məsələsilə maraqlanmasına səbəb olacaqlar. Analitiklərin fikirlərinə görə İranin viza siyasətində ehtiyyatlı olmağa çağırırlar. İran bu, faktordan yararlanıb Azərbaycan vətəndaşlarında öz xeyri üçün casusluğa cəlb edə bilər. Lazımlı məqamlarda onlardan öz maraqarı üçün istifadə edəcəkdir. Nəticədə biz tez-tez İrana casusluqda ittiham olunanlara rast gələcəyik. Analitiklərin digər qorxduğu faktorlardan biridə, narkotik ticarətinin Azərbaycanda genişlənəcəyidir. İran ümümiyyətlə, Azərbaycanda narkoticarətin geniş fəaliyyəti üçün əlindən gələni edir. Azərbaycan gəncliyini narkotikə meylli olması və onların beyinlərinin milli şüurdan uzaq durması üçün narkotik ən gözəl vasitə ola bilər.
 
- Bütün bunların fonunda İran nəin ki, Azərbaycanla bağlı siyasətini fəallaşdırır və hazırda fars dilində danışan xalqların mədəni-ideoloji birliyini yaratmaq istəyir. İran Tacikistanla siyasi-iqtisadi əlaqələrini genişləndirir və ölkəyə yatırımlar qoyur. Günaz.tv saytının məlumatına əsasən İran,Əfqanıstan,Tacikistanın ortaq televiziyası yaranır. Məqsəd fars dilinə olan hücumları qorumaqdır. Fars ideologiyasının geniş təbliğatını aparmaqdır. Bu onu göstərir ki, artıq İran bölgədə fəal siyasət yürütməkdə israrlıdır. Bunu İran rəsmiləri çəkinmədəndə açıq bəyan edirlər.
 
- İran bölgədə öz hegemoniyasını genişləndirmək üçün dil faktorun istifadə edib- yeni güc mərkəzi yaratmaq fikrindədir. Çünki, bölgədə Türkiyə faktorunun ortaya çıxması, xüsusilə türk birliyi ideyasının güclənməsi-İranı narahat etməyə bilməz. Bununla yanaşı son vaxtlar Türkiyə bölgədə fəal diplomatiya aparır və Fələstin, Livan məsələsində çevik siyasət yürüdür, bununla bərabər rəsmi Ankara Amerika-İran, Amerika-Suriya arasında münasibətlərin yaxşılaşması qismində təşəbbüskar rolunu oynayır. Üstəlikdə Türkiyənin müsəlman ölkələrilə əlaqələrini gücləndirməsi- onu lider dövlət olma perspektivlərinə yol açır. Məhz, buna görədə, İran irandilli qrupların birliyini formalaşdırıb- bu qrupun lider rolunda öz maraqlarını diqtə etmək istəyir. Heç bir şübhə yoxdur ki, İranın strateji maraqlarının arxasında türk birliyinin və ya qərbin qarşısına alternativ güc mərkəzi qoymaq durur. İran öz məqsədlərinə nail olmaq üçün bunun külli miqdarda maliyyə xərcləyir.
Kateqoriya: Siyasət | Baxılanlar: 85 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 219
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz