“QARABAĞ-NİCATIMIZ BİRLİYİMİZDƏDİR” - 4 Марта 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə, 09.09.2010, 10:08
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [710]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [426]
İdealogiya [32]
Tarix [419]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Mart » 4 » “QARABAĞ-NİCATIMIZ BİRLİYİMİZDƏDİR”
“QARABAĞ-NİCATIMIZ BİRLİYİMİZDƏDİR”
00:39
"Borçalı” İctimai Cəmiyyətinin təsis etdiyi "Dədə Camal” Məclisi "Qarabağ-Nicatımız birliyimizdədir” adlı səkkizinci yığıncağını keçirib. Tədbirdə ziyalılar, elm adamları və müxtəlif ictimai təşkilatların nümayəndələri iştirak edib.

Təşkilatın sədri Zəlimxan Məmmədli bəzi qurumların şəxsi mənafelərini güdmək xatirinə tədbirlər keçirdiyini diqqətə çatdıraraq deyib ki, "Borçalı” cəmiyyəti öz ətrafında vahid dövlət və millət amalına xidmət edən insanları toplayaraq silsilə tədbirlər keçirir. Z.Məmmədli cəmiyyətdəki pərakəndəlikdən yararlanan yadellilərin zaman-zaman tarixi türk torpaqlarının işğal etdiyini qeyd edib: "Millət olaraq vəhdətimiz olmalıdır. Sovetlər birliyi dövründə beyinlərimizə yeridilən məhəlləçilikdən qurtulmalı, bizləri bir-birimizdən ayıran amilləri nəzərdən keçirməliyik. Türklük şüarı altında birləşərək əşyavilikdən əl çəkib Qarabağ dərdi ətrafında sıx birləşməliyik”.
"Şuşa” İctimai Birliyinin sədri Zahid Quliyev hər kəsi "Borçalı” Cəmiyyətinə dəstək olmağa çağırıb.
Akademik Cəlal Allahverdiyev isə çıxışı zamanı diqqəti sovetlər birliyi illərində azərbaycanlıların çox zəif təşkilatlanmasına yönəldib: "Bu, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə nəticələnib. Ermənilər müasir dövrdə də öz təcavüzkar siyasətlərindən əl çəkməyiblər. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal ediblər. Hazırda isə Türkiyəyə, Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış edirlər. Ona görə də birləşərək düşmənimizlə ciddi mübarizə aparmalıyıq”.

Leyla İLQAR

"Yeni Müsavat"
Kateqoriya: Tarix | Baxılanlar: 93 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 315
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz